Tovuzda film kimi cinayət - Əl-qolunu bağlayıb pulu apardılar

tovuzda-film-kimi-cinayet
Oxunma sayı: 2564

Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib.

“Qafqazinfo” xəbər verir ki, Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.

Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.