Tovuzda avtomobildən oğurluq edilib

tovuzda-avtomobilden-ogurluq-edilib-
Oxunma sayı: 631

Tovuzda vətəndaşa məxsus avtomobildən oğurluq olub.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

Hacallı kənd sakini Vahid Məmmədov avtomobilini rayon bazarında işlədiyi müəssisənin qarşısında saxlayan zaman içərisində şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin texniki pasportu, sürücülük vəsiqəsi, etibarnamə və sığorta şəhadətnaməsinin olduğu pul qabı oğurlanıb. V. Məmmədov bu barədə Tovuz Rayon Polis şöbəsinə məlumat verib. Zərərçəkən bildirir ki, oğurluq pul məqsədi ilə edilsə də, pul qabında yalnız sənədlər olub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində istintaq aparılır.