Tovuzda 59 yaşlı kişi bıçaqlandı

tovuzda-59-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 880

Tovuzda bıçaqlanma hadisəsi olub.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Alakol kənd sakini, 1957-ci il təvəllüdlü Zahid Ələkbərov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Z. Ələkbərovun mübahisə zəminində qonşusu tərəfindən bıçaqlandığı qeyd olunur.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.