Tələbə özünü universitetin binasından atdı - Qızdan “yox” cavabı aldığı üçün

telebe-ozunu-universitetin-binasindan-atdi
Oxunma sayı: 13463

Mədəniyyət və İncəsənət Universitetində intihara cəhd hadisəsi qeydə alınıb.

"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, sözügedən təhsil müəssisəsinin “Kulturologiya” fakültəsinin 3-cü kurs tələbəsi özünü 2-ci mərtəbədən atıb. Hadisə nəticəsində sağ qalan tələbə başından ağır travma alaraq xəstəxanaya yerləşdirilib. İntihara cəhd olayının arxasında bəzi müəmmaların dayandığı bildirilir. Belə ki, guya həmin tələbə sevdiyi qızdan “yox” cavabı alıb. Buna görə də o, yaşamaq istəməyib. Bu üzdən də intihar etmək istəyib.

Başqa bir mənbə isə tələbənin kəsirlərinin olduğunu və buna görə tələb olunan “haqqı” ödəyə bilmədiyindən intihara əl atdığını deyir.

Mədəniyyət və İncəsənət Universitetindən isə AzNews.az-a hadisənin tamam “başqa səbəbdən” baş verdiyi deyilib: “Heç bir intihar söhbəti yoxdur. Həmin tələbə əyilib ki, “selfie” çəkdirsin, ayağı burxulub və yıxılıb. Bir gün xəstəxanada qalıb, başına tikiş atıblar, hazırda evdə müalicə olunur. İntihar etmək istəyən tələbə özünü ikinci deyil, beşinci mərtəbədən atar”.

Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma başlanılıb. Prokurorluqdan belə bir hadisənin baş verdiyini təsdiqləsələr də, əlavə məlumat verilməyib.