Tanışlarına pul “atana” hökm oxundu

tanislarina-pul-atana-hokm-oxundu
Oxunma sayı: 864

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Eminovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə N.Eminov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Eminov tanıdığı şəxslərə müxtəlif vədlər verməklə onların pulunu mənsimsəyərək şəxsi məqsədləri üçün xərcləyib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Murad Əhməd