Taleh Bağırovun hökmü gələn həftəyə qaldı

taleh-bagirovun-hokmu-gelen-hefteye-qaldi
Oxunma sayı: 1180

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, proesesdə F. Qəhrəmanlı və digər təqsirləndirilən Abbas Quliyev son söz deyib və günahsız olduğunu bildiriblər.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmədə hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər. Amma gözlənilən hökm oxunmayıb və proses gələn həftəyə qədər təxirə salınıb.

Murad Əhməd