Sürücü səkidə dayanan 3 nəfəri vurdu - Sumqayıtda

surucu-sekide-dayanan-3-neferi-vurdu
Oxunma sayı: 1281

Ötən gün Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səhər saat 6 radələrində Sumqayıt sakini Samir Mirzəzadə idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış həmyerliləri Şahsənəm Camalovanı, İqbal Məmmədovu və Tofiq Həmidovu vurub və onlar xəstəxanaya yerləşdiriliblər.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.