Suriyada azərbaycanlı öldürüldü

suriyada-azerbaycanli-olduruldu
Oxunma sayı: 2616

Suriyanın şimalında Gürcüstan vətəndaşı olan azərbaycanlı öldürülüb.

“Qafqazinfo” report-a istinadən xəbərinə görə, Beslan Muxtarov Rusiya aviasiyasının hava hücumu nəticəsində həlak olub.

İxtisasca həkim olan B.Muxtarov 2011-ci ildən radikal qruplaşmalarda iştirakda şübhəli bilinərək axtarışda olub. Məlumata görə, o, “Cəbhət ən-Nüsra”nın tərəfində vuruşub.