Sumqayıtda zəncirvari qəza

sumqayitda-zencirvari-qeza
Oxunma sayı: 1593

Sumqayıtda zəncirvari yol qəzası baş verib.

Qafqazinfo” Xeberle.com-a istinadən xəbər verir ki, qəza şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin qarşısından keçən yolda 3 avtomobil toqquşub. Hadisə nəticəsində 50 CK 603 dövlət nömrə nişanlı "Mersedes”, 50 CO 561 dövlət nömrə nişanlı "NAZ Lifan” və 99 EG 599 dövlət nömrə nişanlı avtomobillər əzilib.

Qəzada orta yaşlı qadın xəsarət alıb, yolda bir müddət tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.