Sumqayıtda sexdə yanğın

sumqayitda-sexde-yangin-
Oxunma sayı: 1021

Sumqayıtda sexdə yanğın baş verib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 600 kv.m olan Polietilen materialları istehsal edən sexin 200 kv.m sahədə taxtadan ibarət dam örtüyünün yanar konstruksiyaları, 10 ton polietilen dənəvər xammal, 50 ədəd polietilen borular və 4 ədəd dəzgah yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.