Sumqayıtda idman kompleksində faciə - Gənc qız hovuzda boğulub öldü

sumqayitda-idman-kompleksinde-facie
Oxunma sayı: 12338

Sumqayıt şəhərində yerləşən idman komplekslərinin birinin üzgüçülük hovuzunda ölüm hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, 25-26 yaşlarında Ülkər adlı bir qız hovuzda üzərkən boğulub ölüb. İlkin ehtimala görə, faciəyə səbəb qızın ayağında qıcolma və ürək tutması göstərilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.