“Soyuducunun kreditini hələ qurtarmamışıq...” - Yataqxanada yanğın +Video + Fotolar

soyuducunun-kreditini-hele-qurtarmamisiq-
Oxunma sayı: 6203

Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın başlayıb.

Sakinlərin “Qafqazinfo”ya verdiyi xəbərə görə, yanğın yataqxana şəhərciyindəki 9 mərtəbəli binadadır. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın söndürülüb. 

***

“Bu birotaqlı evdə 3 ailə yaşayır, soyuducunun hələ kreditini verib qurtarmamışıq”.

“Qafqazinfo”nun əməkdaşları yanğın hadisəsi baş verən İqtisadiyyat Universitetinin 3 nömrəli yataqxanasında olub. Bildirilib ki, yanğın səhər 08:15-də baş verib və nəticədə birotaqlı evdəki bütün əşyalar kül olub. Xoşbəxtlikdən yanğın əsnasında evdə heç kim olmayıb.

Ev sahibi Nailə Rəhimova gecə işıq söndüyü üçün başqa yerdə qaldıqlarını deyib: “Bax, bu birotaqlı evdə 3 ailə yaşayır. Binada qaz yoxdur, məcbur hamı işıqdan istifadə edir. Gecə saat 3 olardı, işıq söndü. Onda ev buz kimi olur. Xəstə uşağım var, qaranlıqda qorxur. Ona görə də qohumlarda qaldıq. Səhər də eşitdik ki, belə bir hadisə baş verib. Soyuducunun kreditini verib hələ qurtarmamışıq”.

İlkin ehtimal olaraq yanğının qısa qapanma nəticəsində baş verdiyi bildirilir.

Günel Hacı
Fotolar: Nuran Məmmədov