SOCAR-a məxsus kran dənizə aşdı - Briqadir öldü

socar-a-mexsus-kran-denize-asdi
Oxunma sayı: 8267

“Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma bölümündə istehsalat qəzası baş verib.

QafqazinfoSOCAR-ın saytına istinadən xəbər verir ki, ötən gün  saat 18-00 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırılarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb. 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub.

Namik Məmmədovun meyiti dalğıclar tərəfindən dənizdən çıxarılıb, lazımi prosedurlar aparılıb. Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.