Şirvanda ağır qəza - Ölən və yaralanan var+Fotolar

sirvanda-agir-qeza-
Oxunma sayı: 6952

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun məlumatına görə, qəza rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən “AzSamand” avtomobili 90-FU-937 nömrəli “VAZ 2107”yə çırpılıb. “07” də öz növbəsində digər eyni markalı 54-BG-650 dövlət nömrə nişanlı maşınla toqquşub.

Nəticədə “AzSamand”ın Vüqar adlı sürücüsü hadisə yerində keçinib, digər şəxslər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. “VAZ 2107” markalı avtomobillərdən birində olan polis əməkdaşı da yaralanıb.

Qəzada maşınlardan hər üçü yararsz vəziyyətə düşüb. Polis qəza yerində araşdırma aparır, hadisənin təfərrüatı öyrənilir.

Hadisə şahidlərinin “Qafqazinfo”ya göndərdiyi fotoları təqdim edirik: