Daşkəsən rayonunda bədbəxt hadisə ölümlə nəticələnib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə noyabrın 14-də rayonun Gurbulaq kəndində baş verib.
Kənd sakini Yaqub Tağıyev evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Daşkəsən RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan “İJ-16” markalı tüfəng götürülüb. Araşdırmalar aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər