Silah tapdı, polisə verdi

silah-tapdi-polise-verdi
Oxunma sayı: 1255

Naxçıvan sakini tapdığı tüfəngi və tapançanı polisə təhvil verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Naxçıvan şəhər sakini Ağalar Quliyev tapdığı nömrəsi silinmiş “Hatsan” markalı pnevmatik tüfəngi və 2 ədəd kustar üsulla hazırlanmış tapançanı könüllü olaraq Naxçıvan MR DİN-in Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinə təhvil verib.

Murad Əhməd