Sevinc Babayevanın oğluna - 15 il həbs

sevinc-babayevanin-ogluna-
Oxunma sayı: 2358

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə A.Məmmədova 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Məmmədov "Gülər Əhmədova olayı" ilə tanınan Sevinc Babayevanın oğludur. A.Məmmədov 2016-cı ilin fevralın 4-də Binəqədi qəsəbəsində yaşadığı evdə arvadı Günay Məmmədovanı bədənin bir neçə nahiyəsindən, baş, sinə və kürək nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən G.Məmmədovanın həyatını xilas etmək mümkün olub.

A.Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilir.

Murad Əhməd