Sevinc Babayevanın oğlu hakim qarşısına çıxarıldı

sevinc-babayevanin-oglu-hakim-qarsisina-cixarildi
Oxunma sayı: 3154

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı cinayət işi ilə tanış olmadığı üçün vaxt istəyib.

Məhkəmə prosesi oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, A.Məmmədov "Gülər Əhmədova olayı" ilə tanınan Sevinc Babayevanın oğludur. A.Məmmədov 2016-cı ilin fevralın 4-də Binəqədi qəsəbəsində yaşadığı evdə arvadı Günay Əhmədovanı bədənin bir neçə nahiyəsindən, baş, sinə və kürək nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən G.Babayevanın həyatını xilas etmək mümkün olub.

A.Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilir.

Murad Əhməd