Sevgilisi ilə birləşib ərini öldürən qadın vəkildən imtina etdi

sevgilisi-ile-birlesib-erini-olduren-qadin-vekilden-imtina-etdi
Oxunma sayı: 4161

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birlikdə əri Kamran Mahmudovu güllələyib sonra doğrayaraq basdıran Lalə Mahmudova və Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses təxirə salınıb.

Buna səbəb təqsirləndirilən Lalə Mahmudova vəkili Nüşabə Ağayevadan imtina etməsi olub. N.Ağayeva Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimidir.

Məhkəmə prosesi oktyabrın 28-də davam etdiriləcək.

Murad Əhməd