Sərxoş kişi su arxında boğuldu

serxos-kisi-su-arxinda-boguldu
Oxunma sayı: 994

Qaxda su arxına yıxılan 64 yaşlı kişi boğularaq ölüb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə aprelin 28-i axşam saatlarında rayon Qum kəndində qeydə alınıb.

Qum kənd sakini, 64 yaşlı İbrahim Məmmədovun meyiti yaşadığı evin yaxınlığından axan su arxında qonşuları tərəfindən aşkar olunub. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları ilkin araşdırma zamanı məlum olub ki, İ. Məmmədov sərxoş vəziyyətdə su arxına yıxılıb və boğularaq ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.