Sərxoş ər arvadını bıçaqladı

serxos-er-arvadini-bicaqladi
Oxunma sayı: 1419

Bu gün İsmayıllının Hacıhətəmli kəndində bıçaqlanma hadisəsi olub.

"Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, kənd sakini 22 yaşlı Kəmalə Kərimova 29 yaşlı həyat yoldaşı Nicat Kərimov tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs dərhal rayon mərkəzi Xəstəxanasına  çatdırılıb. Ona sol budun kəsilmiş, deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Məlumata görə, ər hadisəni törədən zaman içkili vəziyyətdə olub. Nicat Kərimov şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb, fakt araşdırılır.