Sərhədi pozan şəxs saxlanılıb - Foto

serhedi-pozan-sexs-saxlanilib
Oxunma sayı: 1494

Dövlət Sərhəd Xidməti tərəfindən bayram günlərində dövlət sərhədinin pozulması cəhdlərinin mümkünlüyü ilə əlaqədar xidməti fəaliyyətin güc­ləndirilməsi və sayıqlığın daha da artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Qafqazinfo” xəbər verir ki, görülən tədbirlər nəticəsində 2017-ci ilin 21 mart tarixində Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini qanunsuz pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınıb.

Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqavi­mət göstərərək hadisə yerindən qaçmağa cəhd etmiş, lakin DSX əməkdaşları tərəfindən yaxalanıb.

Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulmasına vasitəçilik etmiş 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılıb.

Dövlət sərhədinin pozulmasına cəhd ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.