Sərhədçilər 125 milyonluq kokain müsadirə etdilər

serhedciler-125-milyonluq-kokain-musadire-etdiler
Oxunma sayı: 1756

ABŞ-ın sərhəd xidmətinin əməkdaşları Cənubi Amerikanın şimal-şərq sahillərində 4,2 tonluq kokain partiyasını müsadirə edib.

Qafqazinfo” xəbər verir ki,  bu barədə Associated Press məlumat yayıb.

Sərhəd xidmətinin əməkdaşı Rikardo Kastrodadonun sözlərinə görə, ələ keçirilən 4,2 ton kokainin dəyəri 125 milyon dollardır. Balıqçı gəmisinin göyərtəsində olan 4 nəfər saxlanılıb.

Müsadirə edilən kokain 1999-cu ildən aşkar edilən ən böyük narkotik maddə partiyası olduğu vurğulanıb.