“Sən o ifadəni verəndə xəstə olmusan, ya yox?..” - “Rabitə işi”

sen-o-ifadeni-verende-xeste-olmusan-ya-yox
Oxunma sayı: 1893

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəməyə gələ bilməyən şahidlərin və təqsirləndirilən şəxslərərin istintaqa verdikləri ifadələr elan edilib.

Daha sonra sübutların tədqiqi mərhələsi başlayıb və cinayət işinə daxil edilən sənədlər elan edilib.

“Aztelekom”un baş mühasibi Oqtay Rüstəmov istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib. Bu zaman Vidadi Zeynalov onun belə deməsinə sərt etiraz edib: “Mən bilmirəm sən o ifadəni verəndə xəstə olmusan, ya yox. Orada məbləğlər demisən, axı belə şey olmayıb”.

Bundan sonra O.Rüstəmov belə ifadə vermədiyini deyib.

Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.

Murad Əhməd