Şəkidə inəyi iki avtomobil vurdu

sekide-ineyi-iki-avtomobil-vurdu
Oxunma sayı: 1092

Şəkidə inəyi iki avtomobil vurdu.

Qafqazinfo” Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, ötən gecə Şəkinin 20 yanvar küçəsində, "Kanal S" in qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Şəki sakini Həsənov İlqarın idarə etdiyi "VAZ 21011" markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan inəyi vuraraq yolun digər tərəfinə atıb. Əks istiqamətdə hərəkət edən başqa bir avtomobil də bunu görməyərək o da inəyin üzərindən keçib.

Sürücü hadisə yerində dayanmadığı üçün onun kimliyi məlum olmayıb.

Hadisə nəticəsində avtomobillərə zərər dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.