Şəkidə ev yandı

sekide-ev-yandi
Oxunma sayı: 815

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan birmərtəbəli 3 otaqlı, kürsülü evin tüstü bacasının ətrafı 2 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.