Şəkidə azyaşlı bağlı qapı arxasında köməksiz qalıb

sekide-azyasli-bagli-qapi-arxasinda-komeksiz-qalib
Oxunma sayı: 712

Şəki rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"QafqazinfoFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub.

Xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açaraq azyaşlını valideynlərinə təhvil veriblər. Əməliyyat saat 01:02-də başa çatıb.