Şəkidə 51 yaşlı kişi özünü asdı

sekide-51-yasli-kisi-ozunu-asdi
Oxunma sayı: 1003

Şəkidə iki uşaq atası intihar edib.

"Qafqazinfo" xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, iyulun 26-da saat 23.00 radələrində Şəki şəhəri, Güləkli məhəlləsi ev 3 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Nadir Mustafa oğlu Ağayevin yaşadığı evin çardağında asılmış meyiti aşkarlanıb. Onun özünü öldürdüyü müəyyənləşib.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.