Saxta manat çap edənlər tutuldu

saxta-manat-cap-edenler-tutuldu
Oxunma sayı: 1299

Göyçay rayonunda bir neçə mağazaya saxta əskinaslar verib ərzaq məhsulları almış şəxslər tutulublar.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon sakinləri S.Mikayılovaya və C.Mütəllimova məxsus mağazaya 70 manat saxta əskinas verib ərzaq məhsulları alan Bakı şəhər sakini Mövlan Fərhadov, İsmayıllı rayon sakinləri Təvəkkül İsmayılov, Eybalı Eybalıyev və Emin Soltanov tutulub.

Onlardan 4 ədəd 100, 3 ədəd 50, 2 ədəd 20, 2 ədəd 10, 1 ədəd 5 və 6 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb. Habelə T.İsmayılovun Gəndov kəndindəki evinə baxış zamanı 2 ədəd 100, 10 ədəd 50 və 5 ədəd 20 manatlıq saxta əskinas və müxtəlif texniki avadanlıqlar aşkar edilərək götürülüb.

Murad Əhməd