Şampun oğrusu tutuldu

sampun-ogrusu-tutuldu
Oxunma sayı: 1204

Şampun oğrusu həbs olunub.

Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, dünən Hacıqabul şəhəri ərazisində “Ford” markalı avtomobildən 117 manat dəyərində şampun oğurlanıb.

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Ramil Yusifli tutulub.