Şamaxıda və Qaxda qəza olub

samaxida-ve-qaxda-qeza-olub
Oxunma sayı: 1218

Şamaxı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki,  iyulun 25-də saat 09:00 radələrində Şamaxı şəhərində şəhər sakinləri Arif Əliyevin idarə etdiyi “VAZ-2103” və Pənah Nəbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə P.Nəbiyev hadisə yerində ölüb. Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Digər bir yol nəqliyyat hadisəsi Qax rayonunun Qarabaldır kəndində baş verib. İyulun 25-də saat 17 radələrində Qax rayonunun Qarabaldır kəndində rayon sakinləri Xanlar Məmmədovun idarə etdiyi “VAZ-21063” və İlkin Gülməmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə X.Məmmədov hadisə yerində ölüb, İ.Gülməmmədov isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.