“Salyanlı Tağı”ya hökm oxundu

salyanli-tagiya-hokm-oxundu
Oxunma sayı: 4217

Bu gün Salyan Rayon Məhkəməsində “Salyanlı Tağı” ləqəbli avtoritetə - Tağı Qasımova hökm oxunub.

Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, qanunsuz silah gəzdirməkdə ittiham olunan T.Qasımov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Salyan rayonunun Arbatan kəndində anadan olan və orada yaşayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yengicə kəndində pasport qeydiyyatında olan 47 yaşlı Tağı Əli oğlu Qasımov bu ilin may ayında Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Onu da qeyd edək ki, bu maddə ilə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutlusa da, Tağı Qasımovun üzərində şərti məhkumkuğu olduğundan o, 4 il müddətinə azadlıqdan məhrum edilib.