Şabranda 50 hektar ərazi yandı

sabranda-50-hektar-erazi-yandi
Oxunma sayı: 704

Şabran rayonunda yanğın hadisəsi baş verib.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Leyti kəndində bələdiyyəyə məxsus dağlıq ərazidə 45 ha sahədə kol-kos və 5 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.