Şabran sakininin meyiti tapıldı

sabran-sakininin-meyiti-tapildi
Oxunma sayı: 662

Axtarışda olan Şabran sakininin meyiti kanaldan tapılıb.

Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, dünən Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində Şabran şəhər sakini Fərhad Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Onun iyunun 6-da Şabran RPŞ tərəfindən itkin düşmüş kimi axtarışda olması müəyyən edilib. Araşdırma aparılır.