Sabiq polis işçisi həbs edildi

sabiq-polis-iscisi-hebs-edildi
Oxunma sayı: 3818

Xaçmaz Rayon Polis Şöbəsinin sabiq vəzifəli şəxsi saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, keçmiş polis dələduzluqda ittiham olunaraq bu ilin fevral ayından axtarışa verilib.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 1963-cü il təvəllüdlü Tahir Qurbanov Biləsuvar rayonunda saxlanılıb.

T.Qurbanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O uzun müddət Xaçmaz RPŞ-nın İstintaq İdarəsinin Bölmə rəisi vəzifəsində işləyib.

Murad Əhməd