Rusiyada axtarırdılar, Sumqayıtda tutdular

rusiyada-axtarirdilar-sumqayitda-tutdular
Oxunma sayı: 2030

Rusiyada axtarışda olan şəxs Azərbaycanda yaxalanıb.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı və 264-cü maddələri (nəqliyyat vasitəsinin qaçırılması, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozma) ilə axtarışda olan Natiq Qulamov DİN-in Baş Əməliyyat və Statistik İnformasiya və Baş Mühafizə idarələrinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt ŞPİ-yə təhvil verilib.