Rektor qızını döyən qardaşların işi ilə bağlı yeni xəbər

rektor-qizini-doyen-qardaslarin-isi-ile-bagli-yeni-xeber-
Oxunma sayı: 5728

Bakı Apellaysiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Elin və Zaur Məmmədov qardaşlarının barəsində olan hökmdən Baş Prokurorluğun verdiyi apellyasiya protestinə və qardaşların verdiyi apellyasiya şikayətinə baxılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, məhkəmə apellyasiya protestini və apellyasiya şikayətini təmin etməyib. Onların barəsində olan hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva martın 9-da Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülüb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Nəticədə Zaur Məmmədovun barəsində həbs qəti-imkan tədbiri, Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qəti-imkan tədbiri seçilib.

Səbail rayon Məhkəməsinin hökmü ilə Zaur Məmmədov 11 ay 9 gün, Elin Məmmədov 7 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum ediliblər. Məhkəmə onların hər birinin aylıq qazancının 20 faizinin tutulması barədə də qərar qəbul edib.

Həmin hökmdən narazı qalan Baş Prokurorluq onların cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Zaur və Elin Məmmədov isə onların barələrində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti veriblər.