Rəis nümayəndəsi gəlmədi, məhkəmə təxirə düşdü

reis-numayendesi-gelmedi-mehkeme-texire-dusdu
Oxunma sayı: 1600

Bu gün Suraxanı rayon məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin video-bloqqer Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi davam etdirilib.

Mehman Hüseynovun vəkili Elçin Sadıqov “Qafqazinfo”ya açıqlamasında deyib ki, iddiaçı M.Musayevin nümayəndəsi məhkəməyə gəlmədiyi üçün iclas təxirə salınıb.

Məhkəmə prosesi martın 3-də davam etdiriləcək.

Qeyd edək ki, M.Hüseynov yanvarın 9-da saxlanılıb və məhkəmə qərarı ilə polisin qanuni əmrinə tabe olmamaqda ittiham edilərək 200 manat cərimə edilib. Sərbəst buraxıldıqdan sonra o, saxlanılarkən igəncələrə məruz qalması barədə müsahibə verib. Bu zaman səsləndirdiyi fikirlərə görə M.Musayev onun böhtan atdığını iddia edib və M.Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib. Şikayət məhkəmə baxışına qəbul edilib. M.Hüseynov barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib.

Murad Əhməd