Qusarda üstündə zorakılıq əlamətləri olan meyit tapıldı

-qusarda-ustunde-zorakiliq-elametleri-olan-meyit-tapildi
Oxunma sayı: 1770

Qusar rayonunda qətl hadisəsi baş verib.

Qafqazinfo”nun Anspress-ə istinadən məlumatına görə, hadisə rayonun Kuzunqışlaq kəndində qeydə alınıb.

Kənd ərazisində Samur-Abşeron kanalının kənarında Qusar şəhər sakinin 56 yaşlı Əziz Verdi oğlu Məmmədovun boğulmuş halda meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub. Onun boğularaq qətlə yetirildiyi ehtimal olunur.

Hadisəni törədən şəxs və şəxslərin tapılaraq saxlanması istiqamətində işlər aparılır. Faktla bağlı Qusar Rayon Prokurorluğunda 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Sonuncu dəfə bir neçə ay öcə Qusarda qətl hadisəsi baş verib. Qətl şəxsi münaqişə zəminində baş verib. Hadisə rayonun İmamqulukənd kəndində qeydə alınıb. 32 yaşlı kənd sakini Habil Abbasov idarə etdiyi “Opel Zafira” markalı avtomobili həmkəndliləri Əliverdi Mirzəyev və Ziyəddin Ağasibəyovun üzərinə sürüb.

Nəticədə Əliverdi Mirzəyev hadisə yerində keçinib, Ziyyədin Ağasibəyov isə Qusar xəstəxanasına çatdırılıb. Bir həmkəndlisini həyatdan məhrum edən, digərini isə ağır yaralayan Habil Abbasovu Qusar polisi artıq saxlayıb.