Qoyun oğurlayan çobanlar haqda həbs qərarı verildi

qoyun-ogurlayan-cobanlar-haqda-hebs-qerari-verildi
Oxunma sayı: 1219

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qoyunları mənimsəməkdə təqsirləndirilən çobanlar Əliş Abdulov, Mikayıl Əndəlifov, Seymur Zahidov, Cabir Nərimanov və baytar Mirhüsyen Zayidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər iştirak etməyib.

Buna görə də onlar barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib və axtarış elan olunub.

Məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər istintaq dövründə zamində olublar və çoban kimi işlədikləri Güzdək Qoyunçuluq Sovzovundan 100-dən çox qoyun mənimsəyiblər. Bugünkü prosesdə onlara hökm oxunacağı gözlənilirdi. Dövlət ittihamçısı Əliş Abdulov, Mikayıl Əndəlifov, Seymur Zahidovun hər birinə 10 il, Cabir Nərimanovun 6 il 6 ay, Mirhüseyn Zayidovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Murad Əhməd