Qonşusundan oğurluq edib Bakıya qaçdı - Fotolar

qonsusundan-ogurluq-edib-bakiya-qacdi
Oxunma sayı: 1948

Ağdamda qonşusunun evindən oğurluq edən rayonun Ətyeməzli kənd sakini Azər Quliyev Bakıda saxlanılıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, oğurluq hadisəsi noyabrın 23 –də rayonun Paşabəyli kəndində qeydə alınıb.

Belə ki, Ağdamın Xıdırlı kəndindən məcburi köçkün olan Ceyhun Əliyevin məskunlaşdığı evdən 25 312 manat pulun oğurlanması barədə Ağdam rayon Polis Şöbəsinə məlumat daxil olub.

Ağdam rayon Polis Şöbəsindən verilən məlumata əsasən, əməliyyat tədbirləri nəticəsində məlum olub ki, C. Əliyevin evindən pulu oğurlayan Azər Quliyevdir.

Keçirilən əməliyyat tədbirləri nəticəsində A. Quliyev Bakı şəhərində fəaliyyət göstərən kafelərdən birində yaxalanıb. İlkin dindirmə zamanı o, törətdiyi əməli etiraf edib. Azər Quliyev saxlanılan zaman onun üzərindən 2201 manat nağd pul aşkarlanaraq götürülüb.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində cinayət işi açılıb.