Qonşuları kişini yaba ilə vurdular - Saatlıda

qonsulari-kisini-yaba-ile-vurdular
Oxunma sayı: 1652

Bu gün axşam saatlarında Saatlı rayonunun Qaranuru kəndində yabalanma hadisəsi baş verib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, 31 yaşlı yerli sakin Azər Sahib oğlu Abbasov baş verən münaqişə zamanı qonşuları tərəfindən yaba ilə vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Azər Abbasov təcili tibbi yardım maşını ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Saatlı rayon Polis şöbəsində araşdırma aparılır.