Qonşu 80 yaşlı qadının başını kəsdi - Xudatda dəhşət

qonsu-80-yasli-qadinin-basini-kesdi-
Oxunma sayı: 3432

Xudat şəhərində qətl hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, Xudat şəhəri, Zeynalabdin Tağıyev küçəsi 79 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu, 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızının boğazını kəsərək qətlə yetirib.

Hadisəni törədən Şıxverdiyev Rafiq Məhəmməd oğlu Xudat Şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.