Qohum qohumunu taxta ilə döyüb - Bakıda

qohum-qohumunu-taxta-ile-doyub-
Oxunma sayı: 1318

Bakıda 34 yaşlı kişi qohumu tərəfindən ölümcül döyülüb.

Qafqazinfo” “APA”ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

Badamdar qəsəbəsində, “Yeni massiv” adlanan ərazidə 1982-ci il təvəllüdlü Babayev Amil Təyyaz oğlu yaşadığı evdə qohumu ilə mübahisə edib. Mübahisə zamanı hələlik adı məlum olmayan qohumu A.Babayevin baş nahiyəsinə taxta ilə bir neçə dəfə vurub.

Ağır xəsarət alan A.Babayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, o kəllə-beyin travması alıb. Hazırda A.Babayevin vəziyyəti stabil ağırdır.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.