“Qızıl Məryəm”in qatillərindən biri də tutuldu

qizil-meryemin-qatillerinden-biri-de-tutuldu
Oxunma sayı: 10692

“Qızıl Məryəm”in qətlində şübhəli bilinən şəxslərdən biri də saxlanılıb.

“Qafqazinfo”nun Kəpəz.Tv-yə istinadən məlumatına görə, yanvarın 5-də Məryəm Namidzadəni yaşadığı mənzildə bıçaqla qətlə yetirdiyi iddia edilən Bakı şəhər sakini, 19 yaşlı Ceyhun Əsgərov tutulub.

C. Əsgərov izahatında evdən yalnız 120 manat pul götürdüyünü bildirib. Araşdırmalar zamanı qətlin mərhumun qızı 28 yaşlı Günel Hüseynovanın və bacısı oğlu 28 yaşlı Nicat Eyvazovun sifarişi ilə törədildiyi müəyyən edilib.

Qeyd edək ki, Məryəm Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.