Qəzada ölən tələbələrin adları - Açıqlandı+Fotolar

qezada-olen-telebelerin-adlari
Oxunma sayı: 17053

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin adları məlum olub. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, ölənlər Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzuli oğludur (1997-cı il).

***

Sumqayıt Dövlət Universitetindən "Qafqazinfo"ya bildirilib ki, hazırda kafedra rəhbərləri, dekanlar və universitet tələbələri Sumqayıt şəhər xəstəxanasındadırlar. Qəzada xəsarət alan tələbələrə kütləvi qan verilir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin açıqlamasında görə, hadisə zamanı avtobusda ümumilikdə 28 nəfər olub.

Qəzadan fotoları APA-ya istinadən təqdim edirik:

Günel Hacı