Qəzada ölən qadın şairə imiş - Sürücü qaçıb... +Fotolar

qezada-olen-qadin-saire-imis
Oxunma sayı: 8251

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisində baş verib. Xırdalan şəhər sakini 1960-cı il təvəllüdlü Dəstəgül Əzəmət qızı Şəmiyeva Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurub.

D.Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Dəstəgül Zamanlı (Şəmiyeva) şairə olub. Sosial şəbəkədə dostlarının yaydığı məlumatda qeyd olunur ki, sürücü hadisə yerindən qaçıb.