Qəzada ana öldü, qızı yaralandı - Video

qezada-ana-oldu-qizi-yaralandi
Oxunma sayı: 2417

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda avtomobil qəzası baş verib.

Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, qəza nəticəsində 51 yaşlı qadın həyatını itirib. Hadisə yolun 115-ci kilometrliyində Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 36 yaşlı Bakı şəhər sakini Araz Ağarzayevin idarə etdiyi 10 KM 964 dövlət nömrə nişanlı “Kia Avella” markalı avtomobil idarəetməni itirərək yolun kənarında maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə Quba rayon sakinləri 51 yaşlı Sevil Ağayeva və onun qızı 17 yaşlı Fatimə də olub. Nəticədə Sevil Ağayeva hadisə yerindəcə dünyasını dəyişib. 17 yaşlı Fatimə və avtomobilin sürücüsü isə müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalara başlanılıb.