Qəza törədib polisə yalan məlumat verdi - “Maşınım qaçırılıb”

qeza-toredib-polise-yalan-melumat-verdi
Oxunma sayı: 1442

İyulun 26-da saat 01 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsindən qəsəbə sakini Emin İmranova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı Trend-ə Daxili işlər Nazirliyindən bildiriblər ki, Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Beləki, E.İmranovun iyulun 26-da qəsəbə ərazisində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi və avtomobili hadisə yerində qoyub hadisə yerini tərk etməsi, həmçinin polisə yalan məlumat verməsi müəyyən edilib.

Avtomobil cərimə meydançasına yerləşdirilib.