Qəza oldu, sürücünün atası öldü

qeza-oldu-surucunun-atasi-oldu-
Oxunma sayı: 1251

Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 24-də Ağdaş rayonunun Pirəyir kəndində rayon sakinləri - Nicat Nuralıyevin və İlyas İlyaszadənin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.

N.Nuralıyevin sərnişinlərindən - atası Rəfayel hadisə yerində ölüb, özünə və digər sərnişininə, habelə İ.İlyaszadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

Murad Əhməd